AZ

Litva Seymində rusiyayönlü partiya peyda ola bilər - MN rəhbəri narahatdır

Litva prezidentliyinə namizəd Eduardas Vaytkusun məqsədi ölkə parlamentində (Seym) Rusiyayönlü partiya yaratmaq ola bilər. 

HİT.az "Delfi"yə istinadən xəbər verir ki, bunu Litva Müdafiə Nazirliyinin rəhbəri Laurinas Kaçiunas bildirib.

"Məqsəd Litvanın tarixində ilk dəfə olaraq açıq-aşkar rusiyayönlü qüvvə yaratmaq ola bilər", deyə nazir təklif qeyd edib.

Onun sözlərinə görə, bundan əvvəl də respublikanın tarixində artıq rusiyayönlü mövqelərlə flört edən fraksiyalar yaranıb. Amma strateji səviyyədə olan bu siyasi qüvvələrin heç biri nə NATO-da varlığını, nə də Rusiya ilə münasibətlərini şübhə altına almayıb.

"Bizim heç vaxt açıq-aşkar rusiyapərəst siyasi qüvvəmiz olmayıb, bu və ya digər formada münasibət olub, amma yenə də strateji səviyyədə nə NATO-ya üzvlük, nə Rusiya ilə münasibətlər, nə də ordunun yaradılması və konsepsiyası sual altında olmayıb. İndi isə bu şəxs tamamilə açıq rusiyapərəst təbliğatı aparılır", deyə nazir əlavə edib

Nazirin fikrincə, Litva Seymində rusiyayönlü partiyanın meydana çıxması Rusiya Federasiyası üçün faydalı olacaq.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
hit.az

1Mənbələr