AZ

Fransa daim müstəmləkəçilik, kalonializm və işğalçılıq siyasəti ilə tanınan ölkə olub-Sahil Kərimli- ÖZƏL

"Məlumdur ki, bu gün Fransa öz yarıtmaz siyasəti, hazırkı rəhbərliyinin məkrli siyasəti nəticəsində dünyada onsuz da olmayan nüfuzunu sürətlə itirməkdədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Fransa daim müstəmləkəçilik, kalonializm və işğalçılıq, separatçılıq siyasəti ilə tanınan ölkə olub. Fransa müstəmləkədə saxladığı ölkələrə qarşı, dünyanın digər bölgələrində də bu zərərli siyasəti ilə gündəmə gələn ölkələrdəndir. Təəssüf ki, Fransa bu cür məkrli planlarını Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində də həyata keçirməyə çalışır. Ermənistanın uzun illər işğalçılıq siyasətini açıq dəstəkləyən Fransa bu gün Ermənistanı silahlandırır. Cənubi Qafqazda gedən proseslərə öz nüfusunu göstərmək, dərindən nüfus etməyə çalışır. Eyni zamanda da Fransa bu gün insan haqlarının kobud şəkildə tapdalanması prosesi ilə seçilən ölkədir. Bu gün Fransanın uzun illərdor müstəmləkə altında saxladığı, kütləvi qırğınlar törətdiyi ölkələrdə də Fransa öz hegemonluğunu və müstəmləkələrini qoruyub saxlamaq istəyir. Bununla da insan haqlarına, bəşəri dəyərlərə çox açıq, ciddi zərərlər vurur. Eyni zamanda da  bu gün Fransanın özündə də insan haqları barədə çox ciddi problemlər var. İnsanların sərbəst, demokratik şəkildə öz fikirlərini ifadə etməklərinə qarşı ciddi, amansız tədbirlər həyata keçirilir. Bununla da Fransa demokratiya pərdəsi altında təəssüf ki, bütün dünyaya dərs keçməyə çalışır. Fransa bununla iç üzünü, öz simasını açıq şəkildə ortaya qoymuş olur. Eyni zamanda da Fransa Azərbaycanın daxili işlərinə qarışır. Öz problemlərinə kölgə salmaq, pərdələmək istəyir. Amma digər ölkələrin xarici işlərinə qarışır. Məsələn, bu günlərdə Fransanın Daxili işlər naziri Azərbaycana qarşı əsassız və haqsız ittihamlar irəli sürüb Azərbaycanı işğalçılıqda ittiham edib. Fransa kimi bir ölkənin Daxili işlər nazirinin Azərbaycanın daxili işlərinə qarışması, Cənubi Qafqazda gedən proseslərə müdaxilə etmək cəhdləri qəbuledilməz və yolverilməzdir. Çünki Fransa kimi bir ölkənin Daxili İşlər naziri bu ölkənin daxili işlərinə, cinayətkarlıqla mübarizə sahəsinə cavabdeh bir insandır. Amma təəssüf ki, siyasətə qoşulur. Azərbaycana qarşı bu cür əsassız iddialar həyata sürür. Təbiidir ki, onun layiqli cavabını Azərbaycan XİN bəyanatı ilə verdi. Fransa daim atdığı hər hansısa addımda, Azərbaycana və bölgəmizə qarşı mərkli planlarında daim qətiyyətli cavabla qarşılaşıb. Təəssüf ki, bundan nəticə çıxarmaq istəmir. Bölgəmizdə yaranan yeni reallıqları qəbul etməli və gedən proseslərdən uzaq durmalıdır. Bu proseslərə müdaxilə etməməlidir. 
Belə mənfi imicə işğalçılıq, müstəmləkəçilik, separatçılıq siyasəti yürüdən ölkədə Olimpiya oyunlarının keçirilməsi heç də məqsədəuyğun deyil. Fransa buna layiq ölkə deyil. Son illərdə Makronun yarıtmaz siyasəti nəticəsində dünyada  durmadan nüfuzunu itirən ölkənin belə mötəbər idman yarışını keçirməyə haqqı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
olaylar.az

1Mənbələr