AZ

Kürün Qazaxdan keçən hissəsində daşqın olub, fəsadlar yaranıb

Son günlər yağan güclü yağışlar Kür çayında sululuğun artmasına səbəb olub. SİA xəbər verir ki, Qazax rayonu ərazisində çay məcrasından çıxıb. Ətraf əraziləri su basıb. Əkin sahələri və təsərrüfatlara ziyan dəyib. Rayonun əsasən Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar yaranıb. Bu, may ayında Kür çayının Qazax hissəsində müşahidə olunan ikinci daşqındır.

Təbii fəlakət nəticəsində indiyə kimi Qazax rayonunun Aşağı Salahlı kəndinin sakinlərinə məxsus 230 hektara yaxın torpaq sahəsinin su altında qaldığı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
6
sia.az

6Mənbələr