Böyük sosial media və texnologiya şirkətləri həmişə müəyyən məsələlərlə bağlı araşdırmalara məruz qalırlar. “Meta” bu vəziyyəti ən çox yaşayanlardan biridir.

İndex.az xəbər verir ki, “Instagram”, “Facebook”, “Threads” və “WhatsApp” kimi əsas platformaları özündə birləşdirən “Meta” yeni iddia ilə üz-üzədir.

Aİ öz bəyanatında “Facebook” və “Instagram”ın uşaqların təhlükəsizliyi ilə bağlı müəyyən qaydaları pozmasını araşdıracağını və bunun nəticəsində “Meta”ya böyük məbləğdə cərimə tətbiq oluna biləcəyini bildirib.

Araşdırma nəticəsində “Meta” çox böyük cərimə ilə üzləşə bilər. Ümumiyyətlə, şirkətlərin DSA pozuntuları nəticəsində aldığı cərimələr onların illik dövriyyəsinin 6%-ni təşkil edir.