AZ

Ölkə əhalisinə 3,8 milyard manatlıq ödənişli xidmət göstərilib

Bu ilin yanvar-aprel aylarında ölkədə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 faiz artaraq 3813,8 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2877,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5 faizini təşkil edib.

Hesabat dövründə ölkənin hər bir sakininə orta hesabla 374,4 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28,7 manat çox müxtəlif növ ödənişli xidmətlər göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
1
vergiler.az

2Mənbələr