AZ

Əmək haqqı saata görə necə hesablanacaq? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Saatlıq əmək haqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza həm işlədikləri müddətin saatlar üzrə hesablanması, həm də artımların reallaşmasına gətirib çıxara bilər”.

Banco.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki,  bu halda  vətəndaşımız saatlar üzrə differensial olaraq bir yerdə deyil, bir neçə iş yerində çalışa bilər:

“Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əmək haqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əmək haqqı almasına səbəb ola bilər. Bütövlükdə bu inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir.
Təbii ki, bu zaman meyarlar,  eləcə də saatlıq əmək haqqı üçün də minimumlar müəyyənləşəcək. Saatlıq əmək haqqı üçün minimum ödənişlər həm də aylıq əmək haqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Müzakirələrdən sonra  nə zaman tətbiq ediləcəyi bəlli olacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
banco.az

1Mənbələr