AZ

Bakıdakı 8 erməni separatçının həbs müddəti niyə uzadıldı...?

Image

Şəmsəddin Əliyev: “Separatçıların həbs müddətinin uzadılması tamamilə qanunidir və Ermənistan isə həmişə olduğu kimi yenə də monipulyasiya ilə məşğul olur”

Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezident”ləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına Binəqədi Rayon Məhkəməsində baxılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.

Azərbaycan məhkəməsinin verdiyi qərara erməni mediası ənənəvi qərəzlə yanaşıb və sözügedən 8 nəfəri “əsir” kimi qələmə verib. 

Bunların ilkin həbs müddətinin uzadılması hansı arqumentlərə söykənir? Biz bilirik bunun səbəbini. Amma ermənilər başlayıblar ki, guya Azərbaycan qərəzli şəkildə prosesi uzadır və sair.

Əslində, onların törətdikləri cinayətlər o qədər böyükdür ki, onların ibtidai istintaqı 3 aya, 5 aya bitə bilməz. Bu uzadılma onların cinayətlərinin miqyasının geniş olması ilə bağlıdır ki, hər şey araşdırılır. Ermənilər isə dediyimiz kimi, separatçılarla bağlı uydurma fikirlər deyirlər.

“Onların cinayətləri o qədər çoxdur ki...” 

Tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində “separatçıların həbs müddətinin uzadılması tamamilə qanunidir və Ermənistan isə həmişə olduğu kimi yenə də monipulyasiya ilə məşğul olur. Bu şəxslər uzun illər separatçılıqla məşğul olublar, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsddə iştirak ediblər, Ermənistandakı və xaricdəki havadarlarına arxalanıb bizə qarşı çox cinayətlər törədiblər. Azərbaycana qarşı müharibə cinayətləri törədiblər, separatçı mövqedə dayanıblar, xalqımızın övladlarına qarşı soyqırım cinayətlərində, terroru maliyələşdirmədə və sairdə iştitrak ediblər. Yəni onların cinayətləri o qədər çoxdur ki, hamısı bir-bir araşdırılıb üzə çıxarılmalıdır. O cinayətkarlar  uzun müddət gizlənə bilsələr də, amma sona qədər yayına bilmədilər, Azərbaycanın müvafiq qurumları onları həbs edib Bakıya gətirdilər, qısa müddətdə onların bütün əməlləri ifşa olundu”-deyə bildirdi. Ş.Əliyev hesab edir ki, Azərbaycan xalqına, Azərbaycana qarşı düşmən kəsilmiş bu canilərə ömürlük cəza da azdır, Azərbaycan məhkəməsi onlara daha ağır cəza kəsməlidir. “Əvvəlcədən demişəm ki, onlara qarşı ölüm hökümünün tətbiqinin tərəfdarıyam. Çünki bizim konstitutsiyanın 27-ci maddəsində hansı hallarda vətəndaşların yaşamaq hüququ məhdudlaşa bilər məsələsi əks olunub. Qanunun o maddəsində göstərilir: Azərbaycan dövlətinin konstision quruluşu əleyhinə, bütövlükdə insanlıq əleyhinə, vətəndaşlarının, həyat və sağlamlığı əleyinə olan xüsusilə ağır cinayətlərə görə ölüm hökmü tətbiq etmək olar. Faktiki olaraq, bu insanların əməlləri xüsusilə ağır cinayətdir, bunların əhatə dairəsi o qədər təhlükəli baxımdan geniş və ağırdır ki, hətta mən ölüm hökmü ilə də müqayisə edə bilmərəm. Ölüm hökmündən o yana hansı ağır cəza varsa onu da bunlara tətbiq etmək lazımdır. 30 il ərzində çəkdiklərimiz bir yana indi də Azərbaycan mina terrorundan canını qurtara bilmir. 

Onların cinayət əməlləri o qədər çoxdur ki, heç cinayət məcəlləsinə sığmır. Mənim təklifim o olardı onlar üçün dünyaya körk olacaq bir məhkəmə qurulsun. İkinci Dünya Müharibəsi bitdikdən 6 ay sonra Nürnberq məhkəməsi quruldu,  Nürnberq prosesi öz işinə başladı. Bütün bəşəriyyətin gözü qarşısında gedirdi bu proses, orada ən yüksək çinli hərbiçilər ölüm hökmünə məruz qaldı, Hitler intihar etdi”.

Ş.Əliyev qeyd etdi ki, separatçıların bəzilərinə ömürlük, bəzilərinə də 15 il verə bilərlər. İstintaq prosesinin uzadılmasının təbii olduğunu deyən Ş.Əliyev hesab edir ki, bütün məsələlər, faktlar araşdırılır, bu araşadırmanı aparmaq üçün üçün isə böyük vaxt tələb olunur. 

Ermənistan tərəfin məhkəmə ilə bağlı yanaşmasının həmişəki kimi qərəzli və saxta olduğunu deyən Ş.Əliyev bildirdi ki, ermənilərin nə deməsindən aslı olmayaraq o canilər cinayətlərinə görə Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
baki-xeber.com

1Mənbələr