AZ

“Kaledoniyada baş verənlər istismar siyasətinin davamıdır”

“Kaledoniyada

“Makronun idarəçiliyi Fransanı fəlakətə sürüklədi. Ölkənin həm daxili, həm də xarici vəziyyəti ciddi şəkildə qarışıb. İçəridə sosial etirazların yeni forması başlayıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Aydın Quliyev deyib. O, bildirib ki, həbsxanalarda dözülməz vəziyyət yaranıb: “Dustaqların haqlarının pozulması və işgəncələrin miqyası dustaqları müxtəlif etiraz üsullarına əl atmağa vadar edir. Hətta həbsxana mühafizəçilərinə və işçilərə hücumlar var. Həbsxana mühafizəçiləri daha təminatlı təhlükəsizlik tələbi ilə tətil edirlər.
Fransanın müstəmləkələrindən də həyəcanlı xəbərlər yayılır. Ən ağır vəziyyət Sakit Okean adası Yeni Kaledoniyadan gəlir. Azərbaycan prezidentinin artıq 2 ildən çoxdur ki, Fransa müstəmləkələrinin azadlığı üğrunda başlatdığı məşhur “Bakı Təşəbbüs qrupu” prosesi Fransa hakimiyyəti tərəfindən guya qərəzli münasibət kimi dəyərləndirilsə də, reallıq başqa mənzərəni göstərir. Kaledoniyada baş verənlər sübut edir ki, dünyanın diqqətini Kaledoniyada və digər Fransa müstəmləkələrində qurulmuş istismar rejiminə cəlb edən İlham Əliyev tam haqlı mövqedədir. Həqiqət odur ki, Fransanın dənizarxası ərazilər deyilən müstəmləkə xalqları müstəqillik istəyirlər. Bu gün Yeni Kaledoniyada baş verənlər bunu sübut edir. Kiçik ada dövləti bir- birinə dəyib. Yerli kanak xalqı Parisin hazırladığı yeni konstitusiya layihəsinə kəskin etiraz edir. Çünki Yeni konstitusiya Kaledoniyada son 10 ildə gəlib yaşayanlara da səs hüququ verməklə yerli kanak xalqının səsvermədə həlledici çoxluq yaratmaq imkanını faktiki məhv edir. Bilinir ki, Fransa hökuməti son 10 ildə ordan-burdan çoxlu insanları gətirib Kaledoniyada yerləşdirib və əhalinin demoqrafik tərkibini süni və siyasi təmayüllü motivlə dəyişdirməyə çalışır. Kanak xalqı bir neçə dəfə müstəqillik referendumu keçirməyi tələb etsə də, Fransa bunun qarşısını cürbəcür oyunbazlıqlarla alıb.Sonuncu dəfə 2021-ci ildə, pandemiyanın ən qızğın vaxtında Makron kanak xalqına qarşı böyük cinayət törədərək referendum keçirdi və refendumu qəsdlə pandemiya dövrünə saldı ki, kanaklar hamılıqla səs verə bilməsinlər. Həqəqətən də pandemiya qorxusu kanakların çoxuna səsvermə məntəqələrinə gəlməsinə imkan vermədi. Təbii ki, kanak xalqı belə repressiv və ədalətsiz mühitdə keçirilmiş referendumun nəticələrini qəbul edə bilməzdi və etmədi də...
Ona görə bu gün kanak xalqının Makronun irticaçı konstitusiya islahatına qarşı ölüm-qalım savaşına çıxması tam təbiidir. Kaledoniyanın paytaxtı odlara və qana boyanıb. Etirazçıların qanı axıdılır, kütləvi həbslər başlayıb, ölənlər var. Dünyaya demokratiya dərsi vermək iddiasında olan Makron hakimiyyəti müstəqillik istəyən bir xalqın azadlıq ruhunu sındırmağa çalışır. Paytaxtda komendant saatı elan olunub. Toquşmalar o həddə çatıb ki, hətta Avropanın öz media orqanları da faktı gizlədə bilmir və kanak xalqının səsini dünyaya çatdırır.
Kaledoniyada həyata keçirilən cəza siyasəti 173 il bundan öncə fransızların bu torpaqlarda başlatdığı müstəmləkə- istismar siyasətinin davamıdır. Hələ bitməyib. Mahiyyət etibarilə bu siyasət 130 il ərzində fransızların Əlcəzair xalqına qarşı törətdiyi soyqırımlardan fərqlənmir.1960 - cı illərdə Əlcəzair xalqı azı 2 milyondan çox qurban vermək bahasına 130 illik fransız müstəmləkəçiliyinə son qoya bildi.
Ancaq Kaledoniya xalqının mübarizəsi hələ davam edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
xalqcebhesi.az

1Mənbələr