AZ

Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilənlərə hökm oxunub

Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilənlərə hökm oxunub.

APA-nın Türkiyənin NTV kanalına istinadən xəbərinə görə, PKK-nın siyasi qolu HDP-nin həmsədri Figen Yüksekdağ 27 il, Mardin Şəhər Bələdiyyəsinin sabiq sədri Ahmet Türk 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Altan Tan, Ayhan Bilgen və Aysel Tuğluk isə bəraət alıblar.

Qeyd edək ki, 2014-cü ildə Kobani hadisələri zamanı Diyarbəkirdə 31 nəfər, o cümlədən iki polis əməkdaşı ölüb, 460 insan yaralanıb. Bu işlə əlaqədar 2019-cu ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
14
apa.az

10Mənbələr