AZ

Banklar bu ilə daha çox biznesə kredit ayırıb

Mart ayında bankların kredit portfeli 1.1 faiz  və ya 269.6 milyon manat artaraq 24 milyard 102 milyon 600 min manat olub.

“Cebhe.info” xəbər verir ki, bankların verdiyi kreditlərin 54.8 faizi biznes kreditlərinin payına düşür. İstehlak kreditlərii 29.6 faiz, ipoteka kreditləri isə 15.6 faiz təşkil edib.

Rəqəmlə ifadədə isə ümumi kreditlərin 13 milyard 201 milyon 500 min manatı biznes, 7 milyard 141 milyon 900 min manatı istehlak, 3 milyard 359 milyon 200 milyon manatı isə ipoteka kreditlərinin payına düşür.

Qeyd edək ki, məlumat Azərbaycan Mərkəzi Bankının cari ilin mart ayının sonuna qədərki dövrü əhatə edən hesabatında yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
cebheinfo.az

1Mənbələr