AZ

Quru əməliyyatı əlavə hərbçilərin iştirakı ilə davam edəcək -Yoav Qalant

İsrailin Qəzza zolağının cənubunda yerləşən Rəfah yaşayış məntəqəsində quru əməliyyatı əlavə hərbçilərin iştirakı ilə davam edəcək.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant mayın 16-da müvafiq bəyanatla çıxış edib.

“Əlavə qoşunlar Rəfahda quru əməliyyatına qoşulacaq. Bu ərazidə bir sıra tunellər artıq dağıdılıb”, - Qalant qeyd edib.

Qalant bildirib ki, Rəfahda quru əməliyyatı HƏMAS hərəkatı məğlub olana və ya girovlar azad edilənə qədər davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
ikisahil.az

1Mənbələr