AZ

Vəsiyyəti reallaşan şəhidimizin abidəsi ucaldıldı - FOTO

Ötən ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan Nəcməddin Quliyevin büstü qoyulub.

İqtisadiyyat.az-ın məlumatına görə, onun büstü doğulduğu Cəlilabad rayonunun Çünzəli kəndində ucaldılıb.

Abidə şəhidin bir zamanlar təhsil aldığı kənd tam orta məktəbinin qarşısında yerləşdirilib. Qəhrəmancasına şəhid olan N.Quliyevin xatirəsi əbədiləşdirilib.

Qeyd edək ki, N.Quliyev 1998-ci ildə anadan olub. Azərbaycan Ordusunun giziri olmuş N.Quliyev ötən ilin setyabrında antiterror tədbirləri zamanı şəhid olub. O, doğulduğu kənd qəbirtsanlığında torpağa tapşırılıb. 

N.Quliyev döyüşlər başlamazdan əvvəl uşaqlıq dostu Elvin Heydərovla görüntülü danışan zaman şəhid olacağı təqdirdə hərbi qulluqçu ailəsinə verilən sığorta ödənişi hesabına kəndlərinin daxili yollarının asfaltlanmasını vəsiyyət etmişdi. Şəhidin vəsiyyətini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayıldıqdan sonra onun arzusu reallaşdırılıb və müvafiq dövlət qurumları tərəfindən yol asfaltlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
iqtisadiyyat.az

1Mənbələr