AZ

Ermənistanın Qanunsuz Dağ-Mədən Fəaliyyəti ifşa edilir: EPF Koalisiyasından təqdimat

"Environmental Protection First" (EPF) Koalisiyası Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə təqdim edib.

QHT.az xəbər verir ki, xəritə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Kartoqrafları İctimai Birliyi tərəfindən hazırlanıb və üç dildə təqdim olunub. Xəritədə Ermənistanın dağ-mədən sənayesinin Azərbaycan ərazisində və transsərhəd çaylara yaxın bölgələrdə ciddi ekoloji problemlərə səbəb olduğu göstərilir.

Bununla bağlı keçirilən tədbirdə çıxış edənlər Ermənistanın ətraf mühitə zərər vuran fəaliyyəti dərhal dayandırmasını və beynəlxalq konvensiyalara uyğun hərəkət etməsini tələb ediblər. Ermənistanın dağ-mədən sənayesi müəssisələrində ekoloji monitorinqlərin aparılmasını vacib sayıblar.

“Environmental Protection First” Koalisiyası bəyan edib ki, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər aparmağa hazırdır.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
qht.az

1Mənbələr