AZ

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi müxtəlif növ nəqliyyat vasitələri və mexanizmlərin icarəsi ilə bağlı tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “HIGHTECH SERVICES” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

Nazirliklə şirkət arasında müxtəlif növ nəqliyyat vasitələri və mexanizmlərin icarəsi ilə bağlı 588.980 AZN-lik müqavilə bağlanacaq. 

Məlumat üçün bildirək ki, şirkətə ödəniləcək məbləğlə ehtimal olunan məbləğ arasında 10 min manat fərq var. Belə ki, ehtimal olunan rəqəm dövlət satınalmaları vahid internet portalında 598.729,21 AZN göstərilib. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
valyuta.az

1Mənbələr