AZ

Fransanın maskası Yeni Kaledoniyada yırtıldı - ŞƏRH 

Tarixdə müstəmləkəçilik və digər xalqlara qarşı milli qırğın siyasəti həyata keçirən ölkələrin başında Fransa dayanır. Başda Əlcəzair olmaqla, dünyanın bir çox yerində etnik təmizləmə və qanlı qırğınlar törədən fransızlar hazırda belə bəzi müstəmləkələrindən əl çəkmək istəmir. 

Uzun illərdi ki, Fransa hökuməti Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan kanakları assimiliasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantlar hesabına Fransa işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır.

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları uzun müddətdir ki, Fransanı seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırış edirdi. Bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyada pis nəticələnə biləcəyinə dair dəfələrlə xəbərdarlıq edirdilər. Onlar Fransa hökumətini dialoqa çağırır və Yeni Kaledoniyaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsini işğalçı zehniyyatın məhsulu adlandırırdılar. Çoxsaylı çağırışlara məhəl qoymayan Fransa Hökuməti layihəni artıq Fransa parlamentinin hər iki palatasında zorla qəbul etdirib və hazırda Yeni Kaledoniya xalqının boynundakı ipi tam bağlamaq üçün son addıma hazırlaşır.

Yeni Kaledoniyada baş verən hadisələr Fransa hökumətinin demokratik yola deyil, zor gücünə üstünlük verməsi və yerli xalqın hüquqlarına hörmət etməməsinin nəticəsidir. Bu siyasət özlüyündə Fransanın və digər qərb ölkələrinin əzəldən bəri tez-tez əl atdığı üsuldur. Dünyada özünü demokratik dəyərlərin və sivil cəmiyyət modelinin nümunəsi kimi göstərməyə çalışan rəsmi Paris özünün etdiyi biabırçı və heç bir siyasi əxlaq kodeksinə sığmayan hərəkətləri isə hər zaman görməzdən gəlməyə çalışır. Təəssüflər olsun ki, ABŞ başda olmaqla bəzi Qərb dairələri də Fransanın bu şıltaq və qeyri-qanuni davanışları qarşısında susmağı üstün tutur. Hər dəfəsində ermənilərin himayədarlığına və xiristian təəssübkeşliyinə soyunan Makron bir az da öz daxili problemlərinə və əməllərinə diqqət etsə çox yaxşı olar. Fransa hökuməti başa düşməlidir ki, bu gün Yeni Kaledoniyada baş verənlər, sabah Korsikada və yaxud başqa ərazilərdə də təkrarlana bilər. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
yenisabah.az

1Mənbələr