AZ

Qəzada yaralanan RFL prezidentindən səhhəti


Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov xəstəxanada, vitse-prezident Aslan Şahgəldiyev isə ev şəraitində müalicələrini davam etdirirlər.

"Medicina" xəbər verir ki, bu barədə “Report”a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hər iki funksionerin müalicələri tibbi prosedurlara uyğun həyata keçirilir:

“Həkimlərin bildirdiyinə görə, hər iki şəxsin hazırkı vəziyyəti stabildir. Durumları müsbətə doğru irəliləməkdədir. Hər ikisinin tam özlərinə gəlməsi üçün zamana ehtiyac var. Aslan müəllim hər gün fizioterapiyaya gedir və həkimlərin göstərişləri əsasında müalicəsini davam etdirir".


2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
medicina.az

1Mənbələr