AZ

Azərbaycan və Rusiya arasında kifayət qədər yaxşı münasibətlər formalaşıb -EKSPERT/ÖZƏL

Əlbəttə ki, bu gün Azərbaycan və Rusiya arasında kifayət qədər yaxşı münasibətlər formalaşıb. İstər Rusiya rəhbərliyində təmsil olunan şəxslərin Bakıya səfərlərində, istərsə də Prezident İlham Əliyevin sonuncu Rusiya səfərində Prezident Vladimir Putinlə mətbuata verdiyi bəyanatlarda da Azərbaycan-Rusiya münasibətlərinin indiki səviyyəsindən razılıq hər iki ölkə rəhbəri tərəfindən vurğulandı. Özəlliklə, Azərbaycan-Rusiya münasibətlərinin belə yüksək səviyyədə olduğu müddətdə Qarabağa müvəqqəti yerləşmiş rus sülhməramlılarının vaxtından əvvəl Azərbaycanı tərk etməsi ilə bağlı iki ölkənin ali rəhbərliyi arasında razılaşma əldə edildi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi. 

Ekspertin sözlərinə görə, 2020-cı ildə Qarabağa yerləşən rus sülhməramlıları 10 noyabr Bəyanatının müddəalarına əsasən oraya gəlmişdi. Əlbəttə ki, bu məsələdə Prezident İlham Əliyevin xüsusi iradəsi var idi ki, həmin müqaviləyə rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi müvəqqəti olaraq qeyd edilmişdir. Azərbaycan öz ərazilərində antiterror əməliyyatı keçirərək separatçılığın kökünü kəsib. Belə bir məqamda rus sülhməramlılarının da artıq Azərbaycan ərazilərində qalması üçün heç bir zərurət yoxdur. Artıq azad edilmiş ərazilrmizdə yenidənqurma işləri davam etdirilir.

Politoloq qeyd etdi ki, rus sülhməramlılarının Qarabağda müvəqqəti fəaliyyətinin başa çatması ilə əlaqədar tədbir keçirildi. Azərbaycan və Rusiya müdafiə nazirliyinin yüksək rütbəli rəsmiləri bu tədbirdə iştirak edərək iki ölkə arasındakı münasibətlərin hər bir mənada həm də nə qədər yaxşı səviyyədə olduğunu nümayiş etdirmiş oldular. 

Cavid Əkbər, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
ikisahil.az

1Mənbələr