AZ

Yeni Kaledoniya deputatları Makronla videokonfrans keçirməkdən imtina edib

Bakı. Trend:

Yeni Kaledoniya deputatları Fransa prezidenti Emmanuel Makronlavideokonfrans keçirməkdən imtina ediblər.

Trend xəbərverir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Fransa prezidentinin ofisindən vəziyyətin mürəkkəb olduğunubildiriblər. Makronun bu məsələni "birbaşa seçilmiş vəzifəlişəxslərlə" ayrıca müzakirə edəcəyi qeyd olunub.

Qeyd edək ki, Yeni Kaledoniyada iğtişaşlar nəticəsində ən azıdörd nəfər ölüb, 200-dən çox adam yaralanıb. Fransa hakimiyyətiYeni Kaledoniyada ən azı 12 gün müddətinə fövqəladə vəziyyət elanedib.

Məlumata görə, iğtişaşlara Parisdə Yeni Kaledoniyada 10 ilyaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququverən qanun layihəsinin qəbul edilməsi səbəb olub. Yerli liderlərinfikrincə, bu yerli əhali olan kanakların səslərinin gücünüazaldacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
az.trend.az

2Mənbələr