AZ

Azərbaycanın ləziz təamları “Rusiya – İslam dünyası: KazanForum2024” forumunda təqdim olunub

Moskva, 16 may, AZƏRTAC

Azərbaycanın ləziz təamları “Rusiya – İslam dünyası: KazanForum2024” forumunda təqdim olunub.

AZƏRTAC xəbər verir ki, forum iştirakçıları İslam dünyası xalqlarının mətbəxi ilə yaxından tanış olmaq fürsəti əldə ediblər.

Forum çərçivəsində yeddi ölkənin, o cümlədən Azərbaycan, Qazaxıstan, Rusiya, Qırğızıstan, Malayziya, Mərakeş, Özbəkistanın yeməkləri təqdim olunub.

Hər qonaq burada öz damaq dadına uyğun yemək seçə və qeyri-adi reseptlərin dadına baxa bilər. Bundan başqa, “food hall”da milli yeməklərin hazırlanması üzrə ustad dərsləri keçirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
azertag.az

1Mənbələr