AZ

12 saniyədə 25 milyon

Aylardır üzərində çalışdıqları planı saniyələr ərzində həyata keçirən qardaşlar saniyələr ərazində milyonlarla dollar dəyərində “Ethereum” oğurlayıblar. ABŞ-da qeydə alınan hadisəyə görə, cinayətkarlar 12 saniyə ərzində 25 milyon dollar dəyərində kriptovalyuta oğurlamaqda ittiham olunur. 24 yaşlı Anton Peraire-Bueno və 28 yaşlı Ceyms Peraire-Bueno fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham edilərək həbs ediliblər.

ABŞ Ədliyyə Departamenti 2023-cü ilin aprelində baş vermiş oğurluğu üslubuna görə ilk adlandırıb. Prokuror müavini Lisa Monako, “Peraire-Bueno qardaşları çox qabaqcıl, mürəkkəb texnologiyadan istifadə edərək və aylardır üzərində işlədikləri planı saniyələr ərzində həyata keçirərək 25 milyon dollar dəyərində “Ethereum” oğurlayıblar” dedi.

Qardaşların ABŞ-ın ən prestijli universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutunda (MIT) oxuduqları və universitetdə təhsil aldıqları müddətdə əldə etdikləri “xüsusi bacarıqlardan” istifadə edərək “Ethereum”un pul köçürmə əməliyyatlarının yoxlanılması prosesindən istifadə etdikləri məlumatlar arasındadır.

Baş prokuror Damian Williams, “müttəhimlərin sxemi “blokçeyn sistemi”nin möhkəmliyi ilə bağlı suallar doğurur” deyib. “Bitcoin” və “Ethereum” kimi kriptovalyutalar “blokçeyn” texnologiyası vasitəsilə paylanır və bu sistemi idarə edən heç bir mərkəzi orqan yoxdur. “Ethereum” “Bitcoin”dən sonra ən populyar kriptovalyuta hesab olunur.

Həbs edilən qardaşların gözlənilən şəxsi köçürmə əməliyyatlarına fırıldaq yolu ilə girərək “Ethereum” investorlarının kriptovalyutalarını ələ keçirdikləri iddia edilir. Müstəntiqlər cinayəti “İstismar” adlandırırlar. Həmçinin qeyd olunub ki, qardaşlar “Ethereum” nümayəndələri ilə  görüşdə oğurladıqları pulları qaytarmaqdan imtina ediblər.

Prokurorlar qeyd edirlər ki, bu cür “fərqli” dələduzluğa ilk dəfə cinayət işi açılıb. Məhkəmə tərəfindən təqsirli bilinərsə, qardaşların hər birini 20 ildən çox həbs cəzası gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
2
vaxt.az

5Mənbələr