AZ

Azərbaycanda mobil operatorlar dörd ayda 400 milyon manata yaxın gəlir əldə edib

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-aprel aylarında göstərilmiş xidmətlərin dəyəri 1 milyard 40.2 milyon manat təşkil edib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,5% artıb və eyni zamanda bu xidmətlərin 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 36,7%-i və ya 382,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
5
apa.az

6Mənbələr