AZ

MİQ imtahanları: Hamı imtahan verib, Bakıda işləmək istəyir

Ötən il Müəllimlərin İşə Qəbulu (MİQ) prosesində 5 mindən çox vakant yeri boş qaldı. Bunun səbəblərindən biri isə çox insanın paytaxt Bakını seçməsidir.

 

Bəs, görəsən, müəllimlər niyə ucqar kəndlərə getməyə həvəsli deyillər? Kəndlərdə boş qalan vakant yerlərə müəllimlərin cəlb edilməsi üçün nələr edilməlidir?

 

Mövzu ilə bağlı Milli Məclisin elm və təhsil komitəsinin deputatı Anar İsgəndərov AzEdu.az-a danışıb.

 

Deputat bildirib ki, rayonlara müəllim çatışmazlığı var:

 

“Ucqar kəndlərdə müəllimlərin işləməsi üçün ev, torpaq və başqa əlavə güzəştlər var. Təbii ki, dövlətin də bu sahədəki siyasəti düzgündür. Amma onu da etiraf etməliyik ki, hələ də bu sahədə çətinliklərimiz var. Birincisi odur ki, hələ də, müəllimlərin imtahanda iştirakı kütləvi şəkil almayıb. Hamı fikirləşir ki, elə etmək lazımdır ki, imtahan olmasın. Bu məsələ Milli Məclisdə əksər iclaslarımızda da müzakirə olunur.

 

Rayonlara seçki görüşlərinə gedəndə müşahidə edirik ki, həqiqətən də rayonlarda müəllim çatışmazlığı var. Hamı imtahan verib, mərkəzdə yaşamaq, işləmək istəyir. Bunlar nazirlik səviyyəsində də etiraf olunur. Mən əminəm ki, bu istiqamətdə işlər görülür. Bu o demək deyil ki, çətinliklər belə də qalacaq. Bunları aradan qaldırmaq yollar axtarılır. Əminəm ki, bu istiqamətdə uğurlar qazanacayıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
2
azedu.az

3Mənbələr