AZ

"Rəsmi Bakı məqsədsiz və nəticəsiz danışıqlara maraqlı deyil" - Politoloq

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki,bu görüşlər yenə keçiriləcək. Keçirilməsini vacib edən məqam delimitasiya prosesinin yekunlaşmasıdır. Proses bu qədər tezliklə baş verməyə də bilər. Ən önəmlisi sərhədin müəyyən hissələrinin dağlıq sərt relyefə malik olmasıdır. Bu, prosesi uzada bilər. Bundan əlavə, Ermənistandakı daxili sabitsizlik də prosesə təsir edən məqamlardandır. Azərbaycan prosesin tez olmasını istəyir, amma bu tələskənlik deyil. Prezident İlham Əliyevin dediyi kimi, delimitasiya prosesi sülh prosesindən sonra davam edə bilər:

"Sərhəd komissiyalarının növbəti görüşünün keçirilməsi delimitasiya prosesinin davamlılığı baxımından olduqca vacibdir. Ümumiyyətlə bu, sərhəd komissiyalarının 9-cu görüşüdür. Bundan öncə görüşlər və əldə olunan razılaşmalar deməyə əsas verir ki, artıq sistematik görüşlər keçirilir və tərəflər bunda maraqlıdır. Hər görüş sonrası yeniliyin şahidi oluruq. Bunların ən böyüyü Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılmasıdır. Təbii ki, hər görüşdə anklavlar məsələsi də ayrı-ayrılıqda müzakirə edilir. Mübahisəli məqamlar var, amma həlli mümkün görünən məsələlərə dair razılıqlar əldə edilir. Görüşlərin diqqət çəkən digər tərəfi də hər görüş sonrası əldə olunan razılıqlar və ya tərəflər arası həllini gözləyən məsələlərin bir sənəd halında qəbul edilməsidir. Növbəti görüşdə tərəflərin nələri müzakirə edəcəyi müəyyən edilir. Hesab edirəm ki, bu görüşlər yenə keçiriləcək. Keçirilməsini vacib edən məqam delimitasiya prosesinin yekunlaşmasıdır. Proses bu qədər tezliklə baş verməyə də bilər. Ən önəmlisi sərhədin müəyyən hissələrinin dağlıq sərt relyefə malik olmasıdır. Bu, prosesi uzada bilər. Bundan əlavə, Ermənistandakı daxili sabitsizlik də prosesə təsir edən məqamlardandır. Azərbaycan prosesin tez olmasını istəyir, amma bu tələskənlik deyil. Prezident İlham Əliyevin dediyi kimi, delimitasiya prosesi sülh prosesindən sonra davam edə bilər. Bizim üçün prioritet məsələ sülh müqaviləsinin, ən əsası çərçivə sazişinin imzalanmasıdır. Bu sazişdən sonra da delimitasiyanı davam edə bilərik. Amma o şərtlə ki, bu görüşlər keçirilsin və hər görüş sonrası bir yenilik olsun. Rəsmi Bakı məqsədsiz və nəticəsiz danışıqlara maraqlı deyil".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
big.az

1Mənbələr