AZ

“İlk dəfə deyildi ki, futbolda mükafat qazanıram” – “Kəpəz”in gürcüsü

Aprel üzrə “Ayın qolu” nominasiyanın qalibi “Kəpəz”in gürcüstanlı futbolçusu Mate Kvirkviya olub.

27 yaşlı oyunçuya mükafatı “Neftçi” ilə qarşılaşmadan öncə Peşəkar Futbol Liqasının prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı Elgiz Abbasov təqdim edib.

Gürcü futbolçunun qazandığı mükafatla bağlı fikirlərini öyrənmək istədik. Görəsən, Mate karyerasında indiyə qədər belə mükafat alıbmı? Kvirkviyanın cavabı:
“Yaxşı hissdi, məni dəstəkləyən hər kəsə minnətdaram. Onların səsi məni qalib etdi. İlk dəfə deyildi ki, futbolda mükafat qazanıram. Əvvələr də yaxşı qollarım olub. Mənim üçün əsas olan komandanın uğurudu. Bunun üçün çalışırıq. Təbii ki, fərdi uğurlar da komandanın adınadı”.


Xatırladaq ki, Mate 30-cu turda - “Səbail”lə görüşün 90+5-ci dəqiqəsində baxımlı qola imza atmaqla komandasını məğlubiyyətdən xilas etmişdi.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
football-plus.az

1Mənbələr