AZ

FIFA xüsusi işçi qrupu yaradır - Araşdırma aparılacaq

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) yerli oyunların xaricə daşınmasının ev sahibi ölkələr üçün nəticələrini araşdıracaq.

Arena.az BBC-yə istinadən məlumat verir ki, FIFA bu məqsədlə “əlavə məlumat toplamaq və tövsiyələr vermək” üçün xüsusi işçi qrupu yaradacaq.

Bu məsələ çərşənbə günü, mayın 15-də FIFA Şurasının Tailandın paytaxtı Banqkokda keçirilmiş iclasında müzakirə edilib.

Vurğulanır ki, İspaniya La Liqasın 2019-cu ildə Mayamidə (ABŞ) baş tutmalı olan “Barselona” – “Jirona” oyunu ləğv edildikdən sonra, Pirineydə yenidən çempionat oyunlarını xaricdə keçirmək planlarını düşünürlər. İngiltərə Premyer Liqasında isə belə planlar yoxdur.

Xatırladaq ki, FIFA əvvəllər bu fikrin əleyhinə olub. Qurum hesab edirdi ki, müvafiq gediş yerli klubların qiymətli maliyyə vəsaitlərini əlindən ala bilər.

Vurğulanır ki, ali futbol qurumu hər hansı qərar qəbul etməzdən əvvəl, oyun bildirişlərinin sayı, idman yarışlarının balansına təsiri və ev sahibi ölkələrdə futbolun inkişafına təsiri kimi məsələləri həll etmək istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
arena.az

1Mənbələr