AZ

Yazıçı-müəllimlə izdihamlı görüş – FOTOLAR

Lənkəran – Astara Regional Təhsil İdarəsi Cəlilabad rayonu üzrə təhsil sektorunun rəhbərliyi rayonun Əsədli kənd tam orta məktəbində yazıçı-müəllim Cəbrail Həşimovun məktəbin müəllim və şagird kollektivi ilə görüşünü təşkil edilib.

İnterpress.az xəbər verir ki, Beynəlxalq Kitab və Müəllif Hüquqları günü münasibətilə keçirilən bu görüşdə məktəbin şagirdləri yazıçının hekayələri əsasında hazırladıqları səhnəcikləri nümayiş etdirib, şeirlərini səsləndiriblər. Cəlilabad rayonu 1 nömrəli körpələr evi – uşaq bağçasında tərbiyə alan uşaqlar maraqlı rəqsləri ilə qonaqları salamlayıb. Səmimi keçən görüşdə kənd ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Rayon təhsil sektorunun müdiri İlkin Zeynalov və sektorun aparıcı məsləhətçisi Rəxşəndə Qasımova Cəbrail müəllimə ürək sözlərini bildiriblər. Sonda Cəbrail Həşimov məktəbin ən fəal şagirdlərinə öz kitablarını hədiyyə edib, xatirə şəkilləri çekdirilib.

Cəbrail Həşimov Cəlilabad rayonu Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi olmaqla yanaşi uzun illərdir bədii yaradıcılıqla da məşğul olur. Onun indiyədək beş kitabı işıq üzü görüb. Məktəblilər üçün yazdığı hekayə, nağıl və təmsillərdən ibarət “Kimin vətəni gözəldir”, “Bikə nənənin nağılları”, “Köçəri qazlar” kitabları, böyüklər üçün hekayə, şeir və publisistik məqalələrdən ibarət “Mənim yolum” kitablari buna nümunədir. Həşimovun beşinci kitabı doğma kəndinin dialekt sözlərinə və şivəsinə həsr olunub və “Azərbaycan dilinin Cəlilabad rayonu Üçtəpə kənd şivəsinin izahlı sözlüyü” adlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
interpress.az

1Mənbələr