AZ

Erməni KİV ölkə nazirinin təqaüdçü anasının tikdirdiyi malikanədən yazıb

Bakı. Trend:

Erməni KİV ölkənin ərazi idarəetmə və infrastruktur naziri QnelSanosyanın anası, təqaüddə olan 67 yaşlı Olqa Sanosyanın İrəvandatikdirdiyi malikanədən yazıb.

Trend xəbərverir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.

Məlumata görə, İrəvanda lüks məhəllədə tikilməkdə olanmalikanənin dəyəri 230 min ABŞ dolları olaraq dəyərləndirilir.

Qeyd olunub ki, Olqa Sanosyan 1000 kvadrat metrlik torpaqsahəsini 2023-cü ilin mart ayında satın alıb. Sövdələşmənin dəyəri49 min dollar olaraq qiymətləndirilib.

Daşınmaz əmlak üzrə agentlərin sözlərinə görə, torpaq sahəsibazar dəyərinin yarı qiymətinə satın alınıb, belə ki, sözügedənərazidə 1 kvadrat metr torpaq sahəsinin qiyməti ötən il və bu il100 dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, Qnel Sanosyan həm də Ermənistanın hakim "Vətəndaşmüqaviləsi" partiyasının təsisçi üzvüdür.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
az.trend.az

2Mənbələr