AZ

7 nömrəli məktəbdə diaspor təşkilatının sədri ilə görüş keçirildi – FOTO/VİDEO

Məmməd Rahim adına 7 nömrəli orta məktəbdə Niderland və Belçikadakı Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvü, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva ilə şagirdlər arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri, giriş nitqi ilə açan məktəbin direktoru Könül Təhməzova iştirakçıları salamlayaraq, görüşün önəmindən danışıb.

Görüşdə Mayisə Ağamirzəyeva əvvəlcə Niderland və Azərbaycan əlaqələri, Niderland və Belçikadakı Diaspor Təşkilatlarının Koordinasiya Şurasının fəaliyyətindən bəhs edib.

Daha sonra Vətən Müharibəsi zamanı Avropadakı azərbaycanlıların fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.

Sonda məktəbin direktoru Könül Təhməzova görüşlə bağlı Mayisə Ağamirzəyeva və bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

 

İsmayıl Bakuvi
Samir Məcidov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
yenicag.az

1Mənbələr