AZ

Seymur Orucov sakinlərlə görüşdü

Ağstafa rayonunda vətəndaşların səyyar qəbulları davam etdirilir

 

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Poylu qəsəbəsində keçirib. Müvafiq qrafikə uyğun olaraq Poylu qəsəbə tam orta məktəbin binasında təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti qurumların nümayəndələri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.

RİH başçısı çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, əbədiyaşar ideyaları ilə ölkəmizi tarixi qələbələrə, möhtəşəm uğurlara aparan Prezident İlham Əliyev müstəqil siyasi, iqtisadi qərarları ilə Azərbaycanı ən etibarlı, güvənli məmləkətə, bütün dünyada nüfuzlu ölkəyə çevirib. Həmçinin qeyd olunub ki, respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində keçirilən səyyar görüşlərin başlıca məqsədi vətəndaşları narahat edən məsələləri ətraflı araşdıraraq operativ həllinə nail olmaq, əhalinin rifahının yaxşılaşdırılmasından ibarətdir. Vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da hər kəs Ağstafa Rayon İcra Hakimiyyətinə öz müraciətlərini ünvanlaya bilər.

Qəbulda vətəndaşların müraciət və təklifləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
xalq.az

1Mənbələr