AZ

Krım müsəlmanlarının imamı Xarkov uğrunda gedən döyüşlərdə həlak olub

Ukraynanın Xarkov vilayəti uğrunda gedən döyüşlərdə bu vilayətin məscidlərindən birinin imamı Artur Yakubov həlak olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Krım Müsəlmanları Ruhani İdarəsinin “Facebook” səhifəsində məlumat verilib.

“Qardaşımız və yoldaşımız, Krım Muxtar Respublikası Müsəlmanları Ruhani İdarəsinin imamı Artur Yakubov doğma Xarkov vilayəti uğrunda gedən döyüşlərdə şəhid olub. Onun həyat yoldaşı və üç övladı qalıb”, – deyə məlumatda bildirilib.

Krım Muxtar Respublikası Müsəlmanları Ruhani İdarəsinin başçısı Ayder Rüstemovun sözlərinə görə, imamın Xarkov yaxınlığındakı kəndlərdən birində yerləşən evi rus işğalçıları tərəfindən dağıdılıb. O, ailəsini xaricə təxliyə edib, özü isə Ukraynaya geri qayıdıb. “Xarkov sakini, Xarkov məscidlərindən birinin imamı olmaqla rus faşistlərinin işğalını və Xarkov dairəsində ilk döyüşləri öz gözləri ilə görüb”, – deyə Rüstemov əlavə edib.

Qəhrəmanla vida mərasimi mayın 16-da baş tutub.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
konkret.az

1Mənbələr