AZ

Gecələr tez-tez oyanmağınızın səbəbi nədir?

Gecə oyanmaları olduqca geniş yayılıb. Bəs bu niyə baş verir? Gecələr oyanmağınıza nə səbəb ola bilər?

Araşdırmalara görə, gecə saat 3-də insanın bədən hərarəti bütün yuxu müddəti üçün maksimum həddə olur və bu, oyanmağa gətirib çıxarır. Fakt budur ki, səhər saat 3-dən 4-ə qədər bədənimiz aktiv şəkildə kortizol, melatonin və digər vacib hormonlar istehsal edir.

Aztibb.az “Pravda” informasiya portalına istinadən xəbər verir ki, buna görə də, narahat olan insanların səhər saat 3-dən 4-ə qədər oyanması olduqca təbiidir, çünki onlar bu maddələrin əlavə sərbəst buraxılmasını alırlar.

Bir insan adətən səhər erkən saatlarda, təxminən səhər saat 3-dən 5-ə qədər oyanırsa, özünü əsassız olaraq narahat hiss edir və yata bilmirsə, bu vəziyyət başlanğıc depressiya və ya nevrozla müşayiət oluna bilər. Buna görə mütləq nevroloqa müraciət etməlisiniz.

Gecələr oyanmaq zərərlidirmi?

Xarici səs-küydən oyanırsınızsa, bu normaldır. Yatdığınız mühitin sakit və təhlükəsiz olmasını təmin etmək vacibdir.

Ancaq yuxunun keyfiyyətində bəzi dəyişikliklər hiss edirsinizsə, bu, psixoterapevtdən peşəkar kömək istəmək və fiziki sağlamlığınızı yoxlamaq üçün bir səbəbdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
aztibb.az

1Mənbələr