AZ

“BİZİ XAOS GÖZLƏYİR” - “Putin mənimlə şəxsi söhbətində dedi ki...”

Qriqori Yavlinski: “Dünyada çox pis şərtlər yaranıb, dialoq aparası heç kim yoxdur, diplomatiya yoxdur”

Tanınmış və təcrübəli Rusiya siyasətçisi, müxalif “Yabloko” partiyasının yaradıcısı Qriqori Yavlinski “Exo Moskva”nın efirində növbəti dəfə Rusiyada və dünyada baş verən proseslərə maraqlı şərh verib. 

“AzPolitika” xəbər verir ki, rusiyalı siyasətçi ölkəsində yaranmış avtoritar rejimin köklərinin 90-cı illərdəki islahatlar zamanı buraxılan cinayət xarakterli səhvlərə gedib çıxdığını, Putinin hakimiyyəti dövründə bu prosesin daha da gücləndiyini, dövlətlə oliqarxiyanın birləşdiyini, korrupsiyanın idarəetmə sisteminin təməlinə çevrildiyini, cəmiyyətin bir subyekt kimi aradan çıxdığını və bütün bunların Ukraynaya hücumu labüd hala çevirdiyini deyib.

Bununla yanaşı, Yavlinski dünyada Ukraynadakı savaşı durdura biləcək nüfuzlu, ağır çəkili liderin, yaxud siyasətçinin qalmadığını da deyib: “Repressiya çarxı daha da güclü fırlanacaq. Əgər məndən soruşsanız ki, siyasi sistem necə olacaq, nə gözləməliyik? Xaos gözləməliyik! Bu, çox ciddi məsələdir və bu, müxtəlif miqyaslarda bütün dünyanı əhatə edəcək, təkcə bizi yox! Elə işləmək lazımdır ki, bu təhlükənin miqyası azalsın, biz isə əks istiqamətdə çalışırıq”.

Yavlinski indiki Rusiya idarəetmə sisteminin öz əsaslarını 1990-cı illərdə Boris Yeltsinin dövründə aparılan cinayətkar özəlləşmə prosesindən, səhv islahatlardan götürdüyünü, hakimiyyətə yaxın oliqarxların iqtisadiyyatı ələ keçirdiyini və sonradan Putinin dövründə müstəqil məhkəmə, mətbuat, parlament və digər institutların tamamilə aradan qaldırıldığını, nəhayət, oliqarxların da Putinin tabeliyinə keçdiyini deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
azpolitika.info

2Mənbələr