AZ

Dünyada yayılan Siçan Hepatitindənnecə qorunmalı?


Hazırda epidemiya həddinə gələn E hepatiti- siçovul hepatiti insana qida və çirkli əllərlə keçə bilər.


“Medicina” xəbər verir ki,virusoloq Yelena Malinnikova bu yeni xəstəlikdən qorunma yollarını açıqlayıb:


“Yoluxmadan profilaktika üçün əlləri tez-tez yumaq, torpağa əl vurmamaq, meyvə tərəvəzləri yaxşı yumaq, mənşəyi məlum olmayan yerlərdə hazırlanan və küçə qidalarını yeməmək lazımdır.

Hətta evdə hazırlanma içki və yemək küçədə satılırsa və ərzaqların necə hazırlanmasından xəbəriniz yoxdursa, yeməyin.

Siçan toxunan və siçan nəcisi dəyən ambarlardan gələn ərzaqlardan da hepatitə yoluxmaq mümkündür.


Xüsusən qida termiki işləmədən keçməyibsə, qaraciyəriniz əldən gedə bilər.
Dünyada ilk siçan hepatitinə Е Rocahepevirus ratti RHEV yoluxma İspaniyada qeydə alınıb. Artıq 40 nəfər yoluxmuş var”.


Aygün Musayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
3
medicina.az

4Mənbələr