AZ

Azərbaycan millisi Avstriya ilə heç-heçə edib, Xorvatiyaya yollanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi hazırlıqlarını başa vurub.

İdman.biz xəbər verir ki, təlim-məşq prosesinin son mərhələsini Sloveniyada keçən komandamız bu gün yarışın ilk mərhələsinə ev sahibliyi edən Xorvatiyaya yola düşüb.

Maribor şəhərində təşkil olunmuş çərçivəsində voleybolçularımız Avstriya millisi ilə iki yoxlama oyunu keçiriblər. Oyunların birində 2:2 hesabı qeydə alınıb, digərində isə komandamız 1:3 hesabı məğlub olub. Bu qarşılaşmalarda komandamızın əsas heyətində əsasən gənc voleybolçularımız çıxış ediblər.

Qeyd edək ki, millimiz sabah Qızıl Avropa Liqasında ilk rəsmi oyununu Xorvatiya yığmasına qarşı keçirəcək. Birinci mərhələdə komandamızın digər rəqibi isə Slovakiya millisi olacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
50
idman.biz

10Mənbələr