AZ

İngiltərədə yay və qış transfer pəncərələrinin tarixləri bəlli oldu

İngiltərədə futbol transferləri mövsümünün yay və qış pəncərələrinin qüvvədə olacağı müvafiq təqvimi – açılış və son tarixləri bəli olub.

Arena.az məlumat verir ki, İngiltərə Futbol Liqasının rəsmi saytı növbəti iki – 2024-cü ilin yay və 2025-ci ilin qış transfer pəncərələrinin tarixlərini açıqlayıb.

Məlum olduğu kimi, İngiltərədə Premyer Liqa və digər futbol liqalarında 2024-cü ilin yay transfer pəncərəsi iyunun 14-də açılacaq və avqustun 30-da, Qrinviç vaxtı ilə saat 23:00-da bağlanacaq. Qarşıdan gələn növbəti, 2024/2025-ci illər mövsümü üçün qış transfer pəncərəsi yanvarın 1-i 2025-ci il tarixində açılacaq və fevralın 3-ü 2025-ci il tarixində, Qrinviç vaxtı ilə saat 23:00-da bağlanacaq.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə İngiltərə Premyer Liqasının ümumi transfer balansı mənfi olub. Premyer Liqa klubları oyunçuların alınmasına oyunçuların satışından əldə etdikləri vəsaitdən 1 milyard 350,6 milyon avro məbləğində çox xərc çəkiblər. Xərclərin ümumi dəyəri isə 2,93 milyard avro məbləğ təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
arena.az

1Mənbələr