AZ

İsrail tankı vuruldu: 5 ölü, 7 yaralı var

İsrail tankının atəşə tutulması nəticəsində beş İsrail Müdafiə Qüvvələri (SAXAL) əsgəri həlak olub. Daha 7 hərbçi yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, bu, 202-ci tank batalyonunda baş verib. Yaralı əsgərlər müalicə olunmaq üçün münaqişə bölgəsindən çıxarılıb. “Haaretz” ölən əsgərlərin adlarını da dərc edib: Kapitan Roy Beit Yakov, Baş Serjant Gilad Arye Boym, Çavuş Daniel Çemu, Çavuş İlan Koen və Çavuş Betzlel David Şaşua. Royun qohumu Beita Yakova “Kan” radiosuna onun əslən Argentina olduğunu bildirib.
Qeyd edək ki, İsrail – HƏMAS münaqişəsi 2023-cü il oktyabrın 7-də başlayıb. Bu müddət ərzində 626 İsrail əsgəri həlak olub ki, onlardan 278-i anklavda quru əməliyyatı başlayandan sonra öldürülüb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
editor.az

1Mənbələr