AZ

29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi öz işinə başlayıb 

Bakı Ekspo Mərkəzində 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi öz işinə başlayıb.
 
Sərgi çərçivəsində iştirakçılar üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ ) laboratoriyalarına virtual səyahət imkanı yaradılıb.
 
AQTİ-dən Aztibb.az-a bildirilib ki, sərgi iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin stendinə yaxınlaşaraq (zal 1, yer: 1F160) VR eynəklər vasitəsilə AQTİ-nin laboratoriyaları ilə virtual formada tanış ola bilərlər.
 
Həmçinin sərgi çərçivəsində AQTİ-nin Səyyar Fitosanitar Laboratoriyası da iştirakçılara nümayiş etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
aztibb.az

1Mənbələr