AZ

İrəvandan Kremlin təpkisinə səbəb olan qərar: Dayandırıldı

Ermənistanın KTMT-nin maliyyələşdirməsini dayandırması faciə deyil, hərbi ittifaq fəaliyyətini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Onun sözlərinə görə, KTMT-nin fəaliyyəti dövründə elə hallar olub ki, üzv dövlətlər öz töhfələrini gecikdiriblər və ya qismən ödəyiblər, heç bir faciə baş verməyib.

“Hərbi-siyasi nöqteyi-nəzərdən Ermənistanın KTMT-dəki gələcək yolunu həm onun təqdim etməli və yaxşı anlamalı olduğu milli maraqları, həm də ölkənin öz təhlükəsizliyini təmin etmək imkanları müəyyən edəcək”, - Pankin vurğulayıb.

Rusiyalı diplomat qeyd edib ki, Moskva İrəvanın KTMT-yə qayıdacağına ümid edir.

Xatırladaq ki, fevralda Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin təşkilata üzvlüyünün dondurulduğunu açıqlamışdı. Ermənistan Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl İrəvanın bu il KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini bəyan etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
teleqraf.com

1Mənbələr