AZ

Slovakiyanın baş nazirinə sui-qəsd edən şəxs radikal qruplaşmanın üzvü deyil - DİN

Bakı. Trend:

Slovakiya baş naziri Robert Fitsoya sui-qəsd təşkil edən YurayÇintula radikal qruplaşmanın üzvü deyil.

Trend xəbərverir ki, bu barədə Slovakiyanın daxili işlər naziri MatuşŞutay-Eşt açıqlama verib.

Onun sözlərinə görə, Çintula Slovakiya hakimiyyətinə qarşıetirazlarda iştirak edib, lakin təkbaşına hərəkət edib.

Xatırladaq ki, dünən Slovakiya Nazirlər Kabinetinin iclasındansonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona bir neçə dəfəatəş açılıb. Yaralanan baş nazir xəstəxanaya yerləşdirilib vəəməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi açıqlanıb.

Qeyd edək ki, bu gün Slovakiyanın ətraf mühitin mühafizəsinazirinin müavini Filipp Kuffa sosial şəbəkə hesabında baş nazirRobert Fitsonun vəziyyətinin stabil olduğunu açıqlayıb.

Robert Fitsoya sui-qəsd edən şəxs saxlanılıb. Onun 71 yaşlıyazıçı Yuray Çintula olduğu müəyyən edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
az.trend.az

3Mənbələr