AZ

Türkiyə xaricdən gətirilən telefonlara məhdudiyyət qoyub

Türkiyədə sərnişinlərin xaricdən gətirdikləri mobil telefonlarla bağlı yeni tənzimləmə edilib. 

"Operativ Media" xəbər verir ki, yeni tənzimləmə ilə xaricdən gələn vətəndaş gömrük rüsumu ödəməklə belə ölkəyə ikinci telefon gətirmək istəsə, buna icazə verilməyəcək. İkinci telefon isə gömrükdə müsadirə olunacaq. Sərnişin yenidən xaricə gedəndə müsadirə olunan telefon ona qaytarılacaq.

Bu vəziyyətdə olan mobil telefonların gömrük anbarlarında 3 aya qədər saxlanması tələb oluna bilər. Bu məhdudiyyət 2024-cü ilin oktyabrında qüvvəyə minəcək.

Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu xaricdə yaşayan vətəndaşların Türkiyəyə gətirdikləri telefonlardan 120 gün əvəzinə 180 gün istifadə etməsinə icazə verəcək tənzimləmənin 2024-cü il martın 1-dən qüvvəyə minəcəyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
operativmedia.az

1Mənbələr