AZ

İqlim fəalları etirazlara başladı – “Boya əməliyyatı”

“Son Nəsil (Ultima Generazione)” adlı iqlim fəalları qrupunun üzvləri İtaliyanın paytaxtı Romada dəbdəbəli moda brendlərinin mağazalarının vitrinlərinə boya tökərək etiraz aksiyası keçiriblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki,  bu həftənin əvvəlində İqlim fəalları Roma Açıq Tennis Turnirindəki matçlar zamanı kortlara girərək matçları qısa müddətə dayandırıb və paytaxtın mərkəzində bəzi idman məhsullarının satıldığı mağazalara qarşı oxşar boya tökmə aksiyaları həyata keçiriblər.

İqlim fəalları 2023-cü ildə İtaliyanın müxtəlif şəhərlərində abidələr və fəvvarələr üzərində boyalı etiraz aksiyaları keçiriblər və ara-sıra küçələr və magistrallarda nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

Giorgia Meloninin başçılıq etdiyi sağçı koalisiya hökuməti iqlim fəallarının mədəni irs varlıqlarına qarşı tez-tez etdiyi bu hərəkətlərə cavab olaraq cəzaları sərtləşdirib. Yanvar ayında hökumət mədəniyyət sərvətlərini məhv edənlərə 20 min avrodan 60 min avroya qədər cərimə tətbiq edən tənzimləməni parlamentdən keçirərək qəbul edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
konkret.az

1Mənbələr