AZ

Dağıdıcı müxalifətin “siyasi məhbus” şousu iflasa uğrayır - ANALİZ

Mövcud reallıq ondan ibarətdir ki, cəmiyyətin maraqlarına qarşı dağıdıcı siyasət aparan dağıdıcı müxalifət özünün parçalanma dövrünü başa vurub, məhvolma mərhələsinə adlayıb. Tam əminliklə demək olar ki, çox yaxın vaxtlar da AXCP, Müsavat, Milli Şura kimi qurumlar parçalanaraq tarixin arxivinə atılacaqlar. Bunun real olduğunu artıq dağıdıcı ünsürlər də anlamağa başlayırlar. Ona görə də siyasət də son çabalarını göstərir və vəziyyətdən çıxmaq üçün uğursuz cəhdlərini göstərirlər. Hətta özləri haqqında müsbət imic formalaşdırmaq və bununla da siyasi arenada ömürlərini uzatmağa cəhdlər göstərirlər.

Əli Kərimli ənənəvi ampluasına uyğun olaraq sosial şəbəkələr də paylaşımlarında iddia edir ki, guya o müxalifətin “lideridir” və siyasi uğurların əldə olunması üçün partiya funksionerləri onun təklif və ideyaları ətrafında birləşməlidir”. Əli Kərimli məlum cinayət əməlinə görə, həbs edilən Mili Şuranın üzvü Tofiq Yaqublunun adından da manipulyasiya edir. T.Yaqublu o şəxsdir ki, “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır” və ya “Laçın sərhəd keçid məntəqəsinin yaradılması Azərbaycan əsilli erməni vətəndaşlarının blokadaya alınmasıdır” və bu kimi fikirlərlə cəmiyyət də özünü tanıda bilmişdir. Ə.Kərimli belə bir şəxsin vəkili rolunda çıxış etməklə ortaq iş birliyində olduqlarını və məcburən T.Yaqublunu müdafiə etdiyini nümayiş etdirir. Baxmayaq ki, cəhdlərinin uğursuz olduğunu ixtisasca hüquqşünas olan Ə.Kərimli də anlayır. Lakin oğurluğa bir yerdə getdikləri və hər ikisi üzərilərinə eyni öhdəlikləri götürdükləri üçün Ə.Kərimli T.Yaqublunun yanında olduğunu göstərməyə çalışır. Əks hal da etibarsız məxluq olaraq həm ətrafında olan dostlarının gözündən həm də, xaricdəki ağaları yanında dəyərdən düşə bilər. Ona görə də könülsüz də olsa “Tofiq Yaqublu siyasi məhbusdur” deyib açıqlamalar verir. Ümumiyyətlə, görünən ondan ibarətdir ki, dağıdıcı müxalifət düşərgəsində “siyasi məhbus” söz-söhbətini tez-tez ifadə etmək, sosial şəbəkələr də yaymaq dəb halını alıb. Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı və digərləri yeri gəldi, gəlmədi “siyasi məhbus” məsələsini səsləndirib, ətrafında şou yaratmağa və bununla da ucuz siyasi divident qazanmağa çalışırlar.

Əli Kərimli toyuq oğrusunu da “siyasi məhbus” kimi təqdim edir

Vəziyyət o dərəcə də biabırçı xarakter alıb ki, dağıdıcı müxalif ünsürlər toyuq hinindən yumurta oğurlayanı, qaçaqmalçılıq yolu ilə fars-molla rejiminin nəzarət etdiyi tarixi Azərbaycan torpaqlarından narkotika keçirənləri, vergidən yayınanları və digər cinayət əməllərinə görə həbs edilən şəxsləri “siyasi məhbus” adlandırılar. Bu isə haqlı olaraq cəmiyyət də ironiya ilə qarşılanır. Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iclasında haqlı olaraq demişdir: ⅦBu gün Azərbaycandan donos verən, məlumat ötürən o şəxslər - antimilli şura üzvləri, tiktoker Əli Kərimli, onun dəstəsi və digərləri özlərinin üzvü olan valyuta dəllalları, ev alverçiləri, toyuq oğrularını siyasi məhbus kimi yazıb cəmiyyətə sırımaq istəyirlər. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, Ordusuna qarşı qarayaxma ilə məşğuldur. Azərbaycan yeganə ölkələrdəndir ki, 700 jurnalistə ev tikib verib”

Dağıdıcı müxaliflərin hərəsi bir dairədən göstəriş alır

Diqqətçəkən rüsvayçı hal ondan ibarətdir ki, dağıdıcı ünsürlərin hər biri fərli “siyasi məhbus” siyahısı ilə çıxış edirlər. Bu da onu deməyə əsas verir ki, müxalif məxluqların hər biri fərqli dairələrdən göstəriş alırlar. AXCP sədri Əli Kərimli sosial şəbəkə hesabında yazır ki, guya Azərbaycanda 300 “siyasi məhbus” var. Milli Şuranın rəhbəri Cəmil Həsənli isə ABŞ-da oturub, iddia edir ki, Azərbaycanda 250 “siyasi məhbus”un olmasına dair ondan məlumat var. Lakin bu məlumatı o haradan və kimdən aldığını bildirmir. Digər tərəfdən C.Həsnli “siyasi . məhbus” terminini hansı əsaslarla və kimlərə şamil olunduğunu söyləməyə çətinlik çəkir. Müsavatın uğursuz keçmiş başqanı Arif Hacılı isə deyir ki, guya ölkədə 190 “siyasi məhbus” var. Digər dağıdıcı müxalif ünsürlər də fərqli siyahılarla çıxış ediblər. Yəni, bir-birinə uyğun gəlməyən, bir-birini təkzib edən siyahılarla sosial şəbəkələrdə və mətbuat səhifələrində müzakirələr çıxarırlar. Lakin anlamırlar ki, “siyasi məhbus” məsələsini haradan icad ediblər və “siyasi məhbus” kimlərdir”. Əgər evə qanunsuz daxil olaraq oğurluq edənə “siyasi məhbus” deyirlərsə, bu, yanlışlıqdır. İkincisi, konkret cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunan şəxsi “siyasi məhbus” olaraq təqdim etməyə çalışırlarsa, bu da hüquqi savadsızlığın göstəricisidir.

Dəfələrlə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli, AXCP sədri Əli Kərimli və digərləri Nazim Baydəmirlini “siyasi məhbus” olaraq təqdim etməyə çalışıblar. Lakin onun məhkəməsi zamanı sübuta yetirildi ki, N.Baydəmirli əslində hədə-qorxu ilə Mürsəl İbrahimov və Ədalət Bağırovdan küllü miqdarda pul tələb edib. Artıq istintaq orqanları tərəfindən Mürsəl İbrahimov və Ədalət Bağırov iş üzrə zərərçəkmiş qismində tanınıblar. Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələbetmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu təkrarən tələbetmə) maddəsi ilə yenidən ittiham irəli sürülüb. Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

Qeyd olunub ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, artıq məhkəmə başlayıb. Məhkəmə digər qaranlıq hesab olunan məsələlərə də aydınlıq gətirəcəyi şübhəsizdir. Yalnız açıq və cavabsız qalan bir sualdır, bundan sonra Ə.Kərimli, G.Hacıbəyli və digərləri xəcalət çəkəcəklərmi? Azərbaycan hüquq-mühafizə orqanlarına, xüsusilə də məhkəmələrə şər atdıqlarına görə cəmiyyətimizdən üzr istəyəcəklərmi? Bu başdan demək olar ki, onlar da bu siyasi və etik mədəniyyət mövcud olmadığından üzr istəməyəcəkləri də ehtimal edilir.Ona görə də, dahilərdən biri haqlı olaraq deyir ki. “cahil və nadan insanla mübahisə etmə, o səni öz səviyyəsinə endirib, məğlub edər”.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
sesqazeti.az

1Mənbələr