AZ

Romada iqlim fəalları etiraz ediblər: 20 min avroluq cərimə

İqlim fəalları Romada lüks geyim mağazalarına boya tökərək etirazlarını nümayiş etdiriblər.

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, "Son Nəsil" (Ultima Generazione) iqlim fəalları qrupunun üzvləri İtaliyanın paytaxtı Romada dəbdəbəli moda brendlərinə məxsus mağazaların vitrinlərinə boya töküblər. 

Məlumata görə, bir qrup iqlim fəalı səhər saatlarında paytaxtın mərkəzindəki Kondotti küçəsindəki lüks geyim mağazalarının pəncərələrinə və önünə narıncı boya töküb. Giorgia Meloninin başçılıq etdiyi etirazda aksiyanın səbəbi açıqlanmayıb. 

Ekspertlərə görə, aksiyada iştirak edənlərin cərimələnəcəyi gözlənilir. Belə ki, bu il hökumət mədəniyyət sərvətlərini məhv edənlərə 20 min avrodan 60 min avroya qədər cərimə tətbiq edən tənzimləməni qəbul edib.

Qeyd edək ki, "Son Nəsil" iqlim fəalları ötən il də İtaliyanın müxtəlif şəhərlərində abidələr və fəvvarələrin üzərinə boya tökərək etiraz aksiyaları keçiriblər. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
bakivaxti.az

1Mənbələr