AZ

"Bank VTB" işdən çıxarılan sabiq əməkdaşının maaşını niyə vermir?

Keçmiş işçisi ilə "Bank VTB Azərbaycan" arasında əmək münasibətlərinə dair mübahisə yaranıb. 

İqtisadiyyat.az xəbər verir ki, bankın bir müddət əvvəl işdən çıxarılan əməkdaşı Süleymanov Azər Abbas oğlu məhkəməyə müraciət edib.

Banka qarşı məhkəmədə iddia qaldıran keçmiş işçi əmək haqqı tələbi irəli sürüb.

Onun iddiası Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə araşdırılacaq.

A.Süleymanovun hansı səbəbdən işdən çıxarıldığı və əməkhaqqısının niyə ödənilmədiyi bəlli deyil.

Xatırladaq ki, ötən ay daha bir keçmiş əməkdaşı işdən haqsız yerə çıxarıldığına görə "Bank VTB Azərbaycan"ı məhkəməyə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
iqtisadiyyat.az

1Mənbələr