"Real"ın Kilian Mbappeni təqdim edəcəyi tarix müəyyənləşib.
Publika.az xəbər verir ki, Madrid klubu bunu Avropa çempionatı başlamazdan əvvəl - iyunun 3-dən 9-a kimi azarkeşlərə təqdim etməyi planlaşdırır. Mərasim "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Qeyd olunur ki, forvardın parislilərlə müqaviləsi iyunun 30-da başa çatdığından "Real" PSJ-dən icazə almalıdır.
Qeyd edək ki, "Real" Mbappenin transferini hələ rəsmi açıqlamayıb. Ancaq Fransa millisinin üzvü Paris təmsilçisi ilə rəsmən vidalaşıb.