AZ

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb

2024-cü il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 25442,7 milyon manat təşkil edib. Onun 21324,8 milyon manatı uzunmüddətli kreditlər olub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Mərkəzi Bankın məlumatları əsasında hazırladığı hesabatda qeyd olunub.

Bildirlib ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il aprel ayının 1-nə 13150,5 milyon manat olub.

2024-cü ilin yanvar-aprel aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avro – 1,84 manata, 100 Türk lirəsi – 5,44 manata, 100 Rusiya rublu - 1,86 manata bərabər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
modern.az

2Mənbələr