AZ

Qəzzaya yardım çatdırmaq üçün ABŞ-ın nəhəng limanı tamamlandı

Birləşmiş Ştatlar Qəzza zolağının sahillərinə mühüm humanitar yardım çatdırmaq üçün üzən dok sistemini uğurla tamamlayıb.

Ednews NBC news-a istinadən xəbər verirki, ABŞ Mərkəzi Komandanlığı cümə axşamı yerli vaxtla səhər saat 7:40 radələrində Qəzzada çimərliyə "müvəqqəti körpü" saldığını açıqlayıb.

"Bu səylərin bir hissəsi olaraq, heç bir ABŞ əsgəri Qəzzaya girmədi" deyən CENTCOM X-də yayımlanan bir yazıda, humanitar yardım daşıyan yük maşınlarının "yaxın günlərdə" sahilə hərəkət etməyə başlamasının gözlənildiyini, BMT-nin yardımı alacağını söylədi. Yerləşdirildikdən sonra üç ABŞ rəsmisi ərzaq və digər yardımların çatdırılmasının quraşdırmadan sonra ilk 24-48 saat ərzində başlaya biləcəyini söylədi.

Dok sisteminin sahildən 3-5 mil aralıda lövbər salacağı, qida və digər yardımların isə dokdan Qəzzanın çimərliyində bir gecədə quraşdırılması nəzərdə tutulan keçid yoluna daşınacağı gözlənilirdi. Yardımın çatdırılması sistemi mülki yardım gəmilərindən, dokdan, yük maşınlarından, daha kiçik ABŞ Ordusu qayıqlarından və çimərliyə təchizat daşıyan keçiddən və təhlükəsizlik üçün ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərindən ibarət mürəkkəb sistemdir. 

Nahid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
ednews.net

1Mənbələr