Avropa Komissiyası "Facebook" və "İnstagram"ı yoxlamağa başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilir.
Məlumata görə, Avropa Komissiyası Meta-nın (Facebook və Instagram-ın sahibi) yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı sahələrdə Rəqəmsal Xidmətlər Aktını pozub-pozmadığını qiymətləndirmək üçün rəsmi prosedurlar açıb.
Həmçinin Avropa Komissiyası Meta Korporasiyasının sosial şəbəkələrinin azyaşlı istifadəçilərin zəifliyindən və təcrübəsizliyindən istifadə edərək asılılığa səbəb ola biləcəyindən narahatlığını ifadə edib.
Mina Mikayılova