AZ

Cənubi Qafqazdakı proseslər Azərbaycana necə təsir edəcək? – Britaniyalı siyasi şərhçi AÇIQLAYIR

“Cənubi Qafqaz regionunda həm Gürcüstanda, həm də Ermənistanda mövcud vəziyyət bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Gürcüstan uzun illərdir ki, Abxaziya və Cənubi Osetiya torpaqlarında rus qoşunlarının təsirinə məruz qalıb və Qərb buna çox az reaksiya verib.”

Bu fikirləri Ednews-a açıqlaması zamanı Böyük Britaniyalı siyasi şərhçi Neyl Uotson bildirdi ki, Gürcüstanda Rusiyanın təsiri daha çoxdur:

“Rusiyanın Ukraynadakı qismən qələbəsi, Rusiyanın Gürcüstandakı bəzi əraziləri işğal etməsi üçün motiv sayıla bilər. Yeni qanun maliyyələrinin 20 faizindən çoxunu xaricdən alan QHT-lərin və KİV-ləri qanunsuz elan edir. Bu qanun Rusiyanın daxili iqtisadiyyatına bənzəyir və Moskva təsirindən xəbər verir”.

Ermənistanın Rusiyadan siyasi “uzaqlaşması” hansı nəticəni verəcək?

“Bundan başqa, Rusiya ordusu Ermənistan və Azərbaycandan sərhədindən çıxdı və bu addım onun Cənubi Qafqazda hərbi peyk saxlamaq üçün yeganə fürsəti idi. Erməni etirazçılar bu səbəbdən öz hökumətlərinə qarşı çıxır. Ermənistan xalqı görür ki, hazırki hökümət SSRİ dövründən olan Moskva dəstəyini və Qarabağı itirib. İrəvan hazırda ABŞ və Aİ-yə yaxınlaşır, lakin onların dəstəyi soyuqdur və yəqin ki, İrəvan Rusiyaya alternativ axtarmaq məqsədi güdür.”

Gürcüstanda baş verən daxili məsələlər ölkənin siyasi mövqeyini hansı səmtə çevirəcək? 

“Fikrimcə, Gürcüstan qaçılmaz olaraq regionda Rusiyanın peykinə çevriləcək. Çünki bu, hər iki tərəf üçün məntiqlidir hesab oluna bilər. Paşinyanın dövründə Ermənistan iki daşın arasında ilişib qalıb. Nəticə etibarilə, İrəvan sülh danışıqları üçün Azərbaycana baş çəkməli olacaq. Amma Paşinyan hakimiyyətdən uzaqlaşdırılsa və onun yerinə rusiyapərəst “kukla” qoyulsa, vəziyyət çox fərqli ola bilər. Hazırda Rusiyanın diqqəti Ukrayna müharibəsi ilə yayınıb. Ona görə də belə bir hadisə tezliklə baş verməyəcək”. 

Fərid Axund

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
32
ednews.net

10Mənbələr