AZ

Bütün sahələrdə Belarusiya ilə əməkdaşlıq etməkdə maraqlıyıq – Niyaməddin Orduxanlı

Belorusiya hər zaman Azərbayanla yaxın münasibətdə olub. Xüsusən də Azərbaycanın Qarabağ məsələsində haqlı tərəf olduğunu bildirib.

Bu fikirləri Herbiand.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı bildirib:

“Belarusiya hər zaman istəyib ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etsin. Eyni zamanda Belarusiya Azərbaycanla hərbi cəhətdən əməkdaşlıq edən dövlətdir. Ən müasir raketləri Azərbaycan bu ölkədən alıb. Eyni zamanda MDB-də birgə fəaliyyətimiz var. Yəni Azərbaycanın Belarusiya ilə normal münasibətləri mövcuddur. Həmçinin Prezident İlham Əliyevlə Aleksandr Lukaşenkonun çox yaxın münasibətləri var. Bu Belarus xalqı ilə Azərbaycan xalqının bütün sahələrdə birgə ikitərəfli əməkdaşlığının ortaya çıxmasını göstərir. Biz siyasi, hərbi, mədəni, iqtisadi sahələrdə Belarusiya ilə əməkdaşlıq etməkdə maraqlıyıq”.

Elnurə İSAXAN

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
2
herbiand.az

3Mənbələr